Əfqan Sadıqov həbs edildi

Azərbaycanlı futbolçu Almaniyada bombardir oldu

Almaniya Regional Liqasının Şimal-Şərq zonasında XIII turun oyunları keçirilir. MilliYol.Az xəbər verir ki, Rüfət Dadaşovun çıxış etdiyi Berlin "Dinamo"su "Berliner AK"ı qəbul edib.

Oyun qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Rüfət Dadaşov meydana start heyətində çıxıb və 45-ci dəqiqədə penaltidən komandasının yeganə qoluna imza atıb.

Bu Rüfət Dadaşovun mövsüm ərzində 12-ci qolu olub. O, bu göstərici ilə Şimal-Şərq zonasının ən sərrast futbolçusudu və ikinci pillədəki Streli Mambanı (Kottbus) 2 top qabaqlayır.

Qeyd edək ki, "Dinamo" 13 oyundan sonra 25 xalla turnir cədvəlinə başçılıq edir və bir oyun əskik keçirən "Kottbus"dan 9 xal geri qalır.

MilliYol.Az 

Bu dövrdə xəbər yoxdur.

Azərbaycanlı futbolçu Almaniyada bombardir oldu - Milliyol.az