Əfqan Sadıqov həbs edildi

Azərbaycanlı dustaq Rusiyada məhkəmə zalından qaçdı


Moskva şəhəri, Naqatinsk rayon məhkəməsində müttəhimlər kürsüsündə əyləşən şəxs barəsində hökm oxunan kimi məhkəmə zalından qaçıb

Virtualaz.org saytı Rusiya KİV-ə istinadən bildirir ki, təqsirləndirilən şəxs əslən Azərbaycandandır. O, qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə hakim qarşısına çıxarılıb. Məhkəmə icaraçılarının zalda yoxluğundan istifadə edən məhbus icazəsiz şəkildə binanın birinci mərtəbəsinə enib. Oradansa mühafizə postunu keçərək küçəyə çıxıb.

Hadisə ilə bağlı yoxlamalar aparılır.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Azərbaycanlı dustaq Rusiyada məhkəmə zalından qaçdı - Milliyol.az