Əfqan Sadıqov həbs edildi

Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 7% yüksəlib


Bu il ABŞ-la Azərbaycan arasındakı ticarət dövriyyəsində artım dinamikası müşahidə edilib. 2017-ci il ərzində ticarət dövriyyəsi 7%-ə qədər artaraq 416 mln. dollara çatıb

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

S.Babayevin sözlərinə görə, iki ölkə arasında investisiya əlaqələri də genişlənib: "ABŞ şirkətlərinin Azərbaycana investisiyası 17 mlrd. dollara çatır. Azərbaycanın iş adamları da ABŞ-a investisiya yatırırlar. Xüsusən, Azərbaycan Dövlət Neft Fondunun ABŞ-dakı investisiyaları xüsusi həcmə malikdir".

Nazir müavini Bakıda keçirilən Azərbaycan-ABŞ biznes-forumunda 150-dən çox sahibkarın iştirak etdiyini deyib.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 7% yüksəlib - Milliyol.az