Azərbaycanın sabiq baş prokurorunun ailəsində ağır itki

Azərbaycanın Serbiya, Bosniya və Hersoqovina, Monteneqrodakı fövqəladə və səlahiyyətli səfiri, sabiq baş prokuror Eldar Həsənovun ailəsinə ağır itki üz verib.

MilliYol.Az modern.az-a istinadən xəbər verir ki, Eldar Həsənovun atası Hümbət Həsənov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

O, bu gün səhər saatlarında vəfat edib.

Allah rəhmət eləsin!

MilliYol.Az