Əfqan Sadıqov həbs edildi

Azərbaycanın neft tarixində hasil edilən həcm açıqlandı


Azərbaycanda neft yataqlarının işlənməsinin bütün tarixi boyundə 2,019 milyard neft tonhasil edilib

Trend-in məlumatına görə, bunu SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov deyib.

Onun sözlərinə görə, bu günə kimi Azərbaycanda həm dəniz, həm də quruda 83 yataq kəşf edilib ki, bunlardan 62-sində hazırda hasilat aparılır.

Qeyd edək ki, Azərbaycanda hasil olunan neft 1871-ci ildən hesablanır. 2017-ci ilin noyabrında ölkə 2 milyard ton neftin hasil edilməsini qeyd edib.
Azərbaycanın neft tarixində hasil edilən həcm açıqlandı - Milliyol.az