Əfqan Sadıqov həbs edildi

Azərbaycanın gimnastika yığması Dünya Kubokunda üçüncü oldu


Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda Azərbaycanın qrup hərəkətləri komandası halqa ilə tapşırıqların yekununda üçüncü yeri tutub

MilliYol.Az-ın Trend-ə istinadən məlumatına görə, gimnastlarımızın finalda çıxışı hakimlər tərəfindən 17.600 balla qiymətləndirilib.

Bolqarıstan 19.800 balla birinci, İtaliya yığması isə 18.000 balla ikinci olub.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə FIG Dünya Kubokunun final mərhələsinə start verilib.

Bu dövrdə xəbər yoxdur.

Azərbaycanın gimnastika yığması Dünya Kubokunda üçüncü oldu - Milliyol.az