Əfqan Sadıqov həbs edildi

Azərbaycanın ən gülməli oğrusu - Azadlıqda+Video


Azərbaycanın ən komik oğrusu azadlığa çıxıb. Həmin şəxs bir neçə il əvvəl məktəbdən oğurluq edərkən tutulmuş Şakir Nəsirovdur

MilliYol.Az Criminal.az-a istinadən xəbər verir ki, Ş.Nəsirov bir neçə nəfərlə Lənkəranda orta məktəbdən təhsil məqsədi üçün nəzərdə tutulmuş silah-sursatı oğurlamışdı. Onlar əməllərindən peşman olduqlarını polis şöbəsində gülərək ifadə etmişdilər. 

Həmin görüntülər sosial şəbəkədə geniş müzakirəyə səbəb olmuş və onlar ``Youtube``da Azərbaycanın ən gülməli cinayətkarları kimi məşhurlaşmışdılar.

Görüntünün əsas "qəhrəman"larından biri olan Ş.Nəsirov artıq 4 il cəza çəkərək azadlığa çıxıb. Onun yeni görüntüsünü prodüser Təranə Səmədova yayıb. 

 


Bu dövrdə xəbər yoxdur.

Azərbaycanın ən gülməli oğrusu - Azadlıqda+Video - Milliyol.az