Azərbaycanın ABŞ-dakı səfirliyi xəbərdarlıqla çıxış edib


Azərbaycanın ABŞ-dakı səfirliyi Harvi qasırğası ilə bağlı bu ölkədəki Azərbaycan vətəndaşlarına müraciət edib

APA-nın Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun “Facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, Texas ştatında davam edən Harvi qasırğası ilə əlaqədar Azərbaycanın Vaşinqtondakı səfirliyində “qaynar xətt” fəaliyyət göstərir: 

“Təbii fəlakətlə əlaqədar olaraq, vətəndaşlardan ABŞ-ın bu bölgəsinə səfər etməmələri tövsiyə olunur. Təbii fəlakət zonasında olan vətəndaşlarımızdan yerli dövlət qurumlarının təlimatlarına riayət etmələri və fövqəladə hallarda ABŞ Sahil Mühafizəsinin telefon nömrələrinə zəng etmələri xahiş olunur”.

MilliYol.Az