Əfqan Sadıqov həbs edildi

Azərbaycandan xaricə ixrac edilən müdafiə təyinatlı məhsulların həcmi 2,3 dəfə artıb


2017-ci ildə ixrac olunan müdafiə təyinatlı məhsulların həcmi 2016-cı illə müqayisədə 2,3 dəfə artıb

APA-nın məlumatına görə, bu barədə Müdafiə Sənayesi Nazirliyində nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclasda bildirilib.

Qeyd olunub ki, bu gün Müdafiə Sənayesi Nazirliyi respublikanın güc qurumlarının sifarişlərinin icrası ilə yanaşı, 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir.

2017-ci ildə müdafiə təyinatlı məmulatlarla yanaşı, mülki məmulatların istehsalının genişləndirilməsi üzrə də işlər davam etdirilib.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Azərbaycandan xaricə ixrac edilən müdafiə təyinatlı məhsulların həcmi 2,3 dəfə artıb - Milliyol.az