Əfqan Sadıqov həbs edildi

Azərbaycanda vurulan vaksinlərin sayı 12 milyonu ötdü

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.az-a verilən məlumata görə, bir gündə 29 728 vaksin vurulub.

Belə ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 374, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 310, buster doza üzrə vaksinasiya olunanların sayı isə 26 044 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 000 749, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 230 388, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 742 169, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 028 192 təşkil edir.

 

Bu dövrdə xəbər yoxdur.

Azərbaycanda vurulan vaksinlərin sayı 12 milyonu ötdü - Milliyol.az