Əfqan Sadıqov həbs edildi

Azərbaycanda toy vaya döndü: 9 yaralı


Şəmkirdə ağır yol qəzası baş verib.

Rayonun Abbaslı kəndi ərazisində toy karvanı ilə hərəkət edən "Opel" markalı avtomobil qarşı tərəfdən gələn "VAZ-2106" markalı avtomobillə toqquşub.

Nəticədə 9 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. 

1989-cu il təvəllüdlü Səadət Məmmədova, 1964-cü il təvəllüdlü Nurəddin Nağıyev, 1993-cü il təvəllüdlü Ruslan İbrahimov və 1978-ci il təvəllüdlü Könül Cabbarovadan başqa, 1989-cu il təvəllüdlü Şəhla Əhmədova, 2008-ci il təvəllüdlü İsmayıl Qarayev, 2009-cu il təvəllüdlü Fatimə Namazova, 2013-cü il təvəllüdlü Gülay Namazova və Anar adlı azyaşlı da müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.(APA)

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Azərbaycanda toy vaya döndü: 9 yaralı - Milliyol.az