Əfqan Sadıqov həbs edildi

Azərbaycanda oğul atasını öldürdü

Astarada qətl hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Pəlikeş kəndində qeydə alınıb.

Kənd sakini, 26 yaşlı Cəsarət Tağıyev ailə münaqişəsi zəminində atası, 54 yaşlı Xafitəli Tağı oğlu Tağıyevi bıçaqlayaraq qətlə yetirib. Hadisəni törətmiş C.Tağıyev yaxalanaraq istintaq orqanlarına təhvil verilib. O, əməlini etiraf edib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Azərbaycanda oğul atasını öldürdü - Milliyol.az