Əfqan Sadıqov həbs edildi

“Azərbaycanda fəhlə peşələri üzrə kadr azdır” – Nazir


“Azərbaycanda fəhlə peşələri üzrə kadr azdır”

MilliYol.Az “Report”-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, heç kim ağır, fiziki işlərdə çalışmaq istəmir: “Hazırda ölkədə taxıl biçimi vaxtıdır. Amma əksər rayonlarda traktorçu və kombaynçı tapmaq olmur, bu peşə sahiblərini tapmaq müşkülə çevrilib”.
Nazir bildirib ki, ölkə üzrə peşə tədrisi mərkəzlərinin sayının artırılması planlaşdırılır: “Yaxın bir-iki ay ərzində Gəncədə peşə tədris mərkəzi istifadəyə veriləcək. Növbəti il ölkənin 5-6 regionunda belə mərkəzlərin yaradılması nəzərdə tutulur”.


MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

“Azərbaycanda fəhlə peşələri üzrə kadr azdır” – Nazir - Milliyol.az