Azərbaycanda daha bir körpə doğuş zamanı öldü


Zaqatalada doğuş zamanı körpə ölümü baş verib

APA-nın Şəki-Zaqatala bürosunun verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında Zaqatala Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. 

Rayonun Yengiyan kənd sakini, 1990-cı il təvəllüdlü Elyanə Ümid qızı Əlixanova səhər saat 04 radələrində xəstəxananın Doğum şöbəsinə doğuş üçün müraciət edib. Saat 08.00 radələrində doğuş zamanı uşaq ölü doğulub.
 
E. Əlixanovanın qayınatası Nazim Əlixanov APA-nın yerli bürosuna bildirib ki, körpənin ölümünə həkim səhlənkarlığı səbəb olub.

N. Əlixanov hadisənin araşdırılması üçün aidiyyəti qurumlara müraciət edəcəyini bildirib.
Azərbaycanda daha bir körpə doğuş zamanı öldü - Milliyol.az