Əfqan Sadıqov həbs edildi

Azərbaycanda çaylarda sululuq səviyyəsi dəyişdi


Son 10 gün üzrə çaylarda sululuq səviyyəsi açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-170, Kiçik Qafqazın çaylarında 140-260, Lənkəran-Astara çaylarında 10-60, Naxçıvan MR çaylarında isə 100 faizini təşkil edib.

Tranzit çaylarda son vəziyyətə gəlincə, martın 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 19 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 325 m3/s olmaqla ongünlük normanın 122 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 203 m3/s olmaqla ongünlük normanın 76 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 89 m3/s olmaqla, ongünlük normanın 95 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 66 m3/s təşkil edərək ongünlük normanın 70 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, martın 19-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 6, Salyanda 16, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində isə 3 sm artım qeydə alınıb.

Surra məntəqəsində suyun səviyyəsi 351 sm (2017-ci il martın 19-da 406 sm), Şirvanda 219 sm (2017-ci il martın 19-da 259 sm), Salyanda 183 sm (2017-ci il martın 19-da 178 sm), Bankədə 175 sm (2017-ci il martın 19-da 179 sm), Araz çayının Novruzlu məntəqəsində isə 84 sm (2017-ci il martın 19-da 105 sm) təşkil edib. (trend)

Bu dövrdə xəbər yoxdur.

Azərbaycanda çaylarda sululuq səviyyəsi dəyişdi - Milliyol.az