Əfqan Sadıqov həbs edildi

Azərbaycanda bankların mərkəzləşmiş öhdəlikləri azalır


Kommersiya banklarının öhdəliklərində azalma dolların məzənnəsinin düşməsi ilə əlaqədardır

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında olan öhdəlikləri 2017-ci il martın 1-nə 6 383,9 mln. manat təşkil edib.

"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, öhdəliklərin həcmi fevralın 1-nə olan analoji göstərici ilə müqayisədə 449,4 mln. manat və ya 6,58%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 41,4 mln. manat və ya 0,64% azalıb. Fevral ayında baş verən azalma dolların məzənnəsinin düşməsi ilə izah olunur. 

Qeyd edək ki, kommersiya banklarının AMB-yə olan öhdəliklərində azalma 4 aydır davam edir, bununla yanaşı kommersiya banklarının xarici öhdəlikləri də azalır.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Azərbaycanda bankların mərkəzləşmiş öhdəlikləri azalır - Milliyol.az