Əfqan Sadıqov həbs edildi

Azərbaycanda ata qızını 8 il tövlədə zincirdə saxlayıb - REAL GÖRÜNTÜLƏR

Azərbaycanın rayonlarından birində baş vermiş dəhşətli hadisənin üstü açılıb.

MilliYol.az xəbər verir ki, ata əqli problemləri olan Pərvanə adlı qızını 8 ildir dustaq kimi tövlədə zincirlənmiş vəziyyətdə saxlayıb. Yaşanmış hadisə Xəzər televiziyasında yayımlanan "Bizə danış" adlı verilişdə ictimaiyyətə açıqlanıb.

Aparıcı X.Hidayətqızının verdiyi məlumata görə, qonşular qızın 8 ildir belə vəziyyətdə yaşamasına susublar. Bundan əlavə qohumlar da əqli problemi olduğu deyilən qız barəsində heç bir quruma müraciət etməyiblər. 

Pərvanə haqqında ətraflı sujet sabah verilişdə yayımlanacaq. 

<iframe width="500" height="315" src="https://www.youtube.com/embed/Qp9tgIwOB0Y" frameborder="0" allowfullscreen></iframe>

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Azərbaycanda ata qızını 8 il tövlədə zincirdə saxlayıb - REAL GÖRÜNTÜLƏR - Milliyol.az