Əfqan Sadıqov həbs edildi

Azərbaycanda 4500 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir


Azərbaycanda 4500 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir

Bunu Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral bildirib.

Səfir qeyd edib ki, Azərbaycanda yaşayan Türkiyə vətəndaşları iyunun 17-də keçiriləcək parlament və prezident seçkilərində səs verəcəklər. Onun sözlərinə görə, hazırda Türkiyədə keçiriləcək parlament və prezident seçkilərinə ciddi hazırlıq işləri davam etdirilir:

“Bildiyiniz kimi, Türkiyədə keçiriləcək prezident seçkilərində artıq namizdələrin adları məlumdur. Önümüzdəki həftə isə parlament seçiklərində iştirak edəcək namizədlərin adları açıqlanacaq”.

Qeyd edək ki, Türkiyədə iyunun 24-də növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərə 11 siyasi partiya qatılacaq. (Trend)

Bu dövrdə xəbər yoxdur.

Azərbaycanda 4500 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir - Milliyol.az