Əfqan Sadıqov həbs edildi

Azərbaycanda 2 nəfər intihar edib


Ağdaş rayon sakini özünü güllələyib

Lent.az xəbər verir ki, hadisə rayonun Binələr kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1976-cı il təvəllüdlü Şahmuradov Sadiq Zeynal oğlu ov tüfəngi ilə özünü güllələyib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Bundan başqa Bərdə rayonunda da intihar hadisəsi qeydə alınıb. Rayonun Zümürxan kənd sakini, 1972-ci il təvəllüdlü Xəlilov Aqil Abil oğlu özünü yaşadığı evin həyətindəki yardımçı tikilinin tavanından asıb.

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bu dövrdə xəbər yoxdur.

Azərbaycanda 2 nəfər intihar edib - Milliyol.az