Əfqan Sadıqov həbs edildi

Azərbaycanda 15 yaşlı futbolçu faciəvi şəkildə öldü (FOTO)

İmişlidə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən saat 21 radələrində İmişli şəhəri, Nəriman Nərimanov küçəsində yaşayan 2007-ci il təvəllüdlü Feyziyev Miryusif Rövşən oğlu hamamda çimərkən dəm qazından zəhərlənib.

Dərhal təcili tibbi yardım briqadası çağırılsa da, yeniyetmənin vəfat etdiyi məlum olub.

Qeyd edək ki, orta məktəbin 9-cu sinif şagirdi olan Miryusif “İmişli” futbol klubunun yeniyetmələrdən ibarət yığmasında qapıçı olaraq çıxış edirmiş.

Faktla bağlı araşdırma aparılır.

Bu dövrdə xəbər yoxdur.

Azərbaycanda 15 yaşlı futbolçu faciəvi şəkildə öldü (FOTO) - Milliyol.az