Əfqan Sadıqov həbs edildi

Azərbaycana hansı ölkədən neçə turist gəlib?


Novator.az Mədəniyyət və Turizm Nazirliyinin saytında 2018-ci ilin ilk iki ayının göstəricilərinə nəzər salıb. Hesabata görə, yanvar-fevral aylarında Azərbaycana ən çox Rusiyadan turist gəlib: 103 min 245 nəfər

Gürcüstandan iki ayda 87 min 649 nəfər, Türkiyədən 48 min 657 nəfər, İrandan 28 min 111 nəfər ziyarətçinin gəldiyi bəyan olunub.

Statistikaya əsasən, Azərbaycan bu ilin yanvar və fevral aylarında Birləşmiş Ərəb Əmirliklərindən 13 min 64, Ukraynadan 7 min 328, İraqdan 6 min 977 turist qəbul edib.

Bəzi ölkələr üzrə göstəricilər belədir:

Qazaxıstan – 4 min 76 turist

Böyük Britaniya – 3 min 931

İsrail – 3 min 705

Hindistan – 3 min 434

Pakistan – 3 min 136

Türkmənistan – 3 min 90

Özbəkistan – 2 min 259

ABŞ – 1738

Belarus – 1537

Almaniya – 1469

Çin – 1237

İtaliya – 1183

Fransa – 851

İspaniya – 322

Yaponiya – 313

Norveç – 312

Kanada – 292

Qırğızıstan – 290.

Bu dövrdə xəbər yoxdur.

Azərbaycana hansı ölkədən neçə turist gəlib? - Milliyol.az