Əfqan Sadıqov həbs edildi

Azərbaycan yük avtomobili istehsalını 2 dəfədən çox artıracaq


Bununla yanaşı, traktor istehsalında da artım proqnozlaşdırılır

Azərbaycan yük avtomobili istehsalını 2 dəfədən çox artırmağı planlaşdırır. Belə ki, 2018-ci ildə 480 ədəd yük avtomobili istehsalı gözlənilir ki, bu da 2017-ci ilin gözləntisi ilə müqayisədə 2,1 dəfə artım deməkdir.

“Report” bu barədə İqtisadiyyat Nazirliyinin 2018-ci il və sonrakı 3 il üzrə hazırladığı iqtisadi proqnoz göstəricilərinə istinadən xəbər verir.

Yük avtomobili istehsalının 2019-cu ildə 530 ədəd, 2020-ci ildə 650 ədəd, 2021-ci ildə 600 ədəd olacağı nəzərdə tutulub.

Həmçinin, traktor istehsalında da növbəti ildə artım proqnozlaşdırlır. 2018-ci ildə traktor istehsalının 2017-ci ilin gözləntisi ilə müqaysədə 15,2% artaraq 1 365 ədədə çatacağı nəzərdə tutulur. İstehsalın 2019-cu ildə 1 370, 2020-ci ildə 1 360, 2021-ci ildə 1 520 ədədə çatacağı gözlənilir.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Azərbaycan yük avtomobili istehsalını 2 dəfədən çox artıracaq - Milliyol.az