Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub  

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub.

MilliYol.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.