Azərbaycan və Ermənistanın xarici işlər nazirləri bu gün görüşəcəklər


Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Polşanın Krakov şəhərində görüşəcəklər

APA-nın məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunacaq. Görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək. 

MilliYol.Az