Əfqan Sadıqov həbs edildi

Azərbaycan Türkiyəyə 15 mln. dollarlıq elektrik enerjisi satıb


Cari ilin yanvar-sentyabr ayları ərzində Türkiyə 1 mlrd. 210,506 mln. kilovat/saat və ya 95 mln. 112,254 min dollarlıq elektrik enerjisi idxal edib

"APA-Economics" xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə qonşu ölkə elektrik enerjisi idxalını 62% azaldıb.
 
Cari ilin 9 ayı ərzində Bolqarıstan Türkiyəyə 28 mln. 25,308 min dollar dəyərində 594,419 mln. kilovat/saat ixrac edib.
 
Yanvar-sentyabr ayları ərzində Türkiyə Gürcüstandan 257,549 mln. kilovat/saat həcmində elektrik enerjisi idxal edib ki, bunun üçün 9 mln. 620,965 dollar ödənilib.
 
Hesabat dövründə Azərbaycan Türkiyəyə 14 mln. 768,307 min dollar dəyərində 228,519 min kilovat/saat elektrik enerjisi ixrac edib.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Azərbaycan Türkiyəyə 15 mln. dollarlıq elektrik enerjisi satıb - Milliyol.az