“Azərbaycan regionun əsas arteriyası rolunu oynayır”


“Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın potensialı çox yüksəkdir”

Bunu Trend-ə Rusiyanın Xarici və müdafiə siyasəti Şurasının rəyasət heyətinin fəxri sədri Sergey Karaqanov deyib.

Ekspert Azərbaycan, Rusiya və İran arasında üçtərəfli qarşılıqlı fəaliyyət kontekstində açılan perspektivləri də qeyd edib:

"Regional əməkdaşlığın inkişafı üçün "Şimal-Cənub" dəmir yolu layihəsinin rolunu xüsusi qeyd etmək istərdim. Azərbaycan bu kontekstdə əsas arteriya rolunu oynayır. Bu layihə həmçinin Hindistanla iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini meydana çıxarır".