Müdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaiti açıqlayıb.
MilliYol.Az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Silahlı Qüvvələrə Yardım Fonduna 1 iyun 2016-cı il tarixədək 74.219.200,16 AZN, 212.373,88 ABŞ dolları, 3293,69 avro və 5000,0 rubl vəsait daxil olub.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədi ilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.
MilliYol.Az



































