Əfqan Sadıqov həbs edildi

Azərbaycan neft hasilatının dondurulması sazişinin müddətini uzada bilər


Azərbaycan OPEC və təşkilata daxil olmayan ölkələr tərəfindən neft hasilatının dondurulmasına dair sazişin müddətinin uzadılması prosesində iştirakı ilə bağlı danışıqlar aparmağa hazırdır

Bunu “İnterfaks-Azərbaycan” agentliyinə açıqlamasında Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva deyib.

"Azərbaycan nümayəndə heyəti bu məsələni 24-25 may tarixlərində Vyanada aparılacaq danışıqlarda müzakirə edəcək. Mövqeyimiz dəyişməz olaraq qalır. Biz bazardakı vəziyyətin sabitləşməsinə kömək edəcək tədbirlərin davam etdirilməsini zəruri hesab edirik", - deyə o bildirib.

Mətbuat katibinin sözlərinə görə, hazırda sazişin daha 6 ay müddətinə - 2017-ci ilin sonunadək uzadılması təklifi masa üzərindədir.

"Hansı qərarların qəbul olunduğu mayın 25-də məlum olacaq. Buna görə də nazirlərin görüşünün yekunlarını gözləmək lazımdır", - deyə o əlavə edib.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Azərbaycan neft hasilatının dondurulması sazişinin müddətini uzada bilər - Milliyol.az