Gələn il Azərbaycan müdafiə xərclərini artıracaq. MilliYol.Az Maliyyə Nazirliyinin saytına istinadən xəbər verir ki, bu barədə 2017-ci il üçün dövlət büdcəsinin layihəsində qeyd olunub.
Gələn il müharibə şəraitində yaşayan Azərbaycanın müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin təmin edilməsi xərclərinə 2017-ci ilin dövlət büdcəsi xərclərinin 17,4 faizi həcmində və ya 2,9 milyard manat vəsait nəzərdə tutulub ki, bu da bu illlə müqayisədə 187 milyon manat və ya 6,9 faiz çoxdur.
MilliYol.Az
































