Əfqan Sadıqov həbs edildi

Azərbaycan millisi Bakıda Şimali İrlandiyaya uduzdu

Bu gün "DÇ-2018"in seçmə mərhələsində növbəti oyunlar keçirilir. MilliYol.Az xəbər verir ki, Azərbaycan millisi C qrupunun VI turu çərçivəsində Şimali İrlandiyanı qəbul edib.


Qarşılaşma hər iki komanda üçün böyük önəm kəsb edirdi. Britaniya təmsilçisi Belfastda yığmamız üzərində qələbə qazanaraq (4:0), ələ keçirdiyi qrup ikinciliyini möhkəmləndirməyi hədəfləyirdi. Robert Prosineçkinin başçılıq etdiyi komandamız isə "DÇ-2018"ə vəsiqə şanslarını qorumaq üçün bu oyun vacib idi.


Oyunun əlavə vaxtınadək qapısını toxunulmaz saxlayan millilərimiz 90+2-ci dəqiqədə bir xalı əldən verib. Stüart Dallas komandamızın qapısına yol taparaq britaniyalılara qələbə qazandırıb.


Bu nəticədən sonra xal hesabını 13-ə yüksəldən Şimali İrlandiya ikinciliyi möhkəmləndirib. Millimiz isə 7 xalla 4-cü pillədə qalıb.

 

DÇ-2018

Seçmə mərhələ

C qrupu


10 iyun

Azərbaycan - Şimali İrlandiya 0:1

Qol: Stüart Dallas, 90+2.

Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 4. Pavle Paşayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 11. Ramil Şeydayev (7. Araz Abdullayev, 90+1), 13. Dmitri Nazarov (9. Namiq Ələskərov, 77), 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov (19. Rahid Əmirquliyev, 84).

Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 3. Məhəmməd Mirzəbəyov, 8. Eddi İsrafilov, 10. Ruslan Qurbanov, 15. Ruslan Abışov, 17. Emin Mahmudov, 18. Ağabala Ramazanov, 21. Tərlan Quliyev.

Baş məşqçi: Robert Prosineçki.

Şimali İrlandiya: 1. Mixael Makqoven, 2. Konor Maklofin, 4. Qaret Makoli (7. Nial Makgin, 25//20. Li Hodson, 86), 5. Conni Evans, 8. Stiven Devis (k), 9. Liam Boys (10. Kayl Lafferti, 77), 11. Kris Brunt, 14. Stüart Dallas, 16. Oliver Norvud, 18. Aaron Hyuz, 21. Coş Makkeniş.

Ehtiyat oyuçular: 12. Alan Mannus, 23. Roy Kerrol, 3. Şeyn Ferqyusson, 6. Tom Flanqan, 13. Daniel Lafferti, 15. Pol Paton, 17. Metyu Lund, 19. Simus Makkartan, 22. Adam Tompson.

Baş məşqçi: Maykl Onil.

Sarı vərəqələr: Maksim Medvedev, 56. Cavid Hüseynov, 57. Qara Qarayev, 66 - Coş Makkeniş, 73. Stiven Devis, 80.

Hakimlər: Xavyer Estrada, Migel Martines, Teodoro Sobrino, Alexandro Ernandes (İspaniya).

Hakim-inspektor: Giorgios Bikas (Yunanıstan).

FIFA nümayəndəsi: Jan-Pol Mievis (Belçika).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.


1. Almaniya 5 5 0 0 20:1 15

2. Şimali İrlandiya 6 4 1 1 11:2 13

3. Çexiya 5 2 2 1 8:4 8

4. Azərbaycan 6 2 1 3 3:9 7

5. Norveç 5 1 0 4 5:9 3

6. San Marino 5 0 0 5 1:23 0


MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Azərbaycan millisi Bakıda Şimali İrlandiyaya uduzdu - Milliyol.az