Əfqan Sadıqov həbs edildi

Azərbaycan mədəniyyətinə ağır itki üz verdi - FOTO

Əməkdar artist Firuz Xudaverdiyev dünyasını dəyişib. Mərhumun ailəsindən metbuat.az-a verilən məlumata görə, aktyor bu gün evində vəfat edib.

F. Xudaverdiyev bədxassəli şişdən əziyyət çəkirdi. O, bu gün Qobu qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Firuz Xudaverdiyev 1939-cu ildə Bakının Qobu kəndində anadan olub. O, Akademik Milli Dram Teatrının truppasına 1976-cı ildə qəbul olunub və müxtəlif dərəcəli obrazlar yaradıb. Aktyor 2002-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.

F. Xudaverdiyev 20-dən artıq filmdə, o cümlədən, “Pəncərədə işıq”, “Biz qayıdacağıq”, “Günaydın mələyim” və s. ekran əsərlərində çəkilib.



MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.