Azərbaycan kubokunun təqvimində dəyişiklik ediləcək
Buna ölkədə növbədənkənar Prezident seçkilərinin elan edilməsi səbəb olub.
Belə ki, kubokda yarımfinal mərhələsinin ilk oyunları öncədən aprelin 11-nə planlaşdırılıb. Lakin həmin gün Prezident seçkiləri keçiriləcəyindən, Peşəkar Futbol Liqası təqvimdə dəyişiklik etmək məcburiyyətində qalacaq.
Bunu APA-ya qurumun mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev də təsdiqləyib. O, bildirib ki, məsələ ilə bağlı müzakirə aparılacaq.
Qeyd edək ki, ölkə kubokunun yarımfinal mərhələsində “Qəbələ” “Neftçi” ilə, “Keşlə” isə “Sumqayıt”la qarşılaşacaq.

































