Əfqan Sadıqov həbs edildi

Azərbaycan Gürcüstanın ən iri investoru olaraq qalır


2017-ci ilin birinci yarısında Azərbaycan Gürcüstana 224,2 mln. dollar investisiya yatırmaqla qonşu ölkənin ən iri investoru adını qoruyub

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycanın qonşu ölkəyə yatırdığı investisiyanın həcmi 20,3% azalıb.

Cari ilin ilk yarısında Gürcüstana yatırılan birbaşa xarici investisiyaların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 5,5% azalaraq 751 mln. dollar təşkil edib.

İkinci rübdə isə Gürcüstana yatırılan birbaşa xarici investisiyaların həcmi 346,6 mln. dollar olub ki, bu da ötən ilin analoji göstəricisindən 14,3% azdır.

Ümumilikdə, Gürcüstan iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların 36,6%-i Azərbaycanın payına düşüb. Azərbaycanla yanaşı Gürcüstana ən çox investisiya yatırmış ölkələrin ilk üçlüyünə Niderland (12,4%) və Türkiyə (11,3%) daxildir.

Qeyd olunan dövrdə qonşu ölkədə ən çox investisiya nəqliyyat və rabitə, tikinti, mehmanxana və restoranlar, energetika və daşınmaz əmlak sektorlarına yönəldilib.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Azərbaycan Gürcüstanın ən iri investoru olaraq qalır - Milliyol.az