Əfqan Sadıqov həbs edildi

Azərbaycan Güləş Federasiyasıdan biabırçı qərar (FOTOLAR)

Mayın 27-də Bolqarıstanın paytaxtı Sofiyada 15 yaşlı güləşçilər arasında Avropa çempionatı start götürüb.

qitə birinciliyində Azərbaycan yığması güləşin hər iki növündə təmsil olunmalı idi.

Lakin yunan-Roma güləşçilərimiz çempionata qatılsa da, sərbəst güləşçilərimiz iştirak etməyib. Maraqlıdır ki, çempionatdan əvvəl Azərbaycan Güləş Federasiyası sərbəst güləşçilərimizin iştirak vərəqəsini göndərib.

Lakin sonradan bəlli olmayan səbəbdən güləşçilərimiz AÇ-yə yollanmayıb.

Nəticədə komandamızın üzvlərinə texniki məğlubiyyət verilib.

Sərbəst güləşçilərimiz Emin Cavadlı, Turan Daşdəmirov, Nurlan İbadzadə, Murad Əliyev, Elşad Abbasov yarışı iştirak etmədən məğlubiyyətlə başa vurublar. Sonda Azərbaycan yığması turniri 0 xalla başa vurub. //Qafqazinfo.az

Bu dövrdə xəbər yoxdur.