Əfqan Sadıqov həbs edildi

Azərbaycan Gəncləri Günü münasibətilə "Gənclər Gələcəyimizdir!" tədbiri keçirildi

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Salyan, Ucar, Ağsu, İmişli, Kürdəmir və Hacıqabul nümayəndəliklərinin birgə təşkilatçılığı ilə Ucar Heydər Əliyev Mərkəzində 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Azərbaycanda məqsədyönlü gənclər siyasəti, gəncliyin inkişafı ilə bağlı dövlət proqramları haqqında Ucar Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qurbanova, Ucar Gənclər Evinin direktoru Elamin Dibirov, YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva və GİKM əməkdaşları çıxış edib.
Daha sonra təlimçi Coşqun İsmayılovun təqdimatında "Zamanın və həyatın idarə olunması" mövzusunda təlim keçirilib. Təlimdə gənclər mövzu ətrafında müxtəlif fikir bildirib və qrup işlərinin təqdimatı olub.

Təlimdən sonra 8 komanda arasında intellektual yarış keçirilib. Yarışın qalibləri sertifikat və hədiyyələrlə təltif olunub.

Tədbirin əyləncəli hissəsi musiqi proqramı və müxtəlif enercayzerlərlə davam edib.

Bu dövrdə xəbər yoxdur.

Azərbaycan Gəncləri Günü münasibətilə "Gənclər Gələcəyimizdir!" tədbiri keçirildi - Milliyol.az