Əfqan Sadıqov həbs edildi

Azərbaycan-Ermənistan sərhədində monitorinq keçiriləcək


Azərbaycan və Ermənistan Respublikasının dövlət sərhədində növbəti monitorinq keçiriləcək

PİA.AZ Müdafiə Nazirliyinin rəsmi internet səhifəsinə istinadən bildirir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 25-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster, Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Oqnyen Yoviç, Mixail Olaru və Saymon Tiller keçirəcəklər.

Bu dövrdə xəbər yoxdur.

Azərbaycan-Ermənistan sərhədində monitorinq keçiriləcək - Milliyol.az