Əfqan Sadıqov həbs edildi

Azərbaycan əhalisinin sayı açıqlandı - 45 min artım

Azərbaycanda ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 45141 nəfər və ya 0,5% artaraq bu il avqust ayının 1-i vəziyyətinə 9 943 226 (49,9% kişilər, 50,1% qadınlar) nəfərə çatıb

MilliYol.Az Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub.

Əhalinin ümumi sayının 52,9%-i şəhər yerlərində, 47,1%-i kənd yerlərində məskunlaşıb.

Hazırda hər 1000 kişiyə 1005 qadın düşür. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyul ayları ərzində ölkədə 78673, yaxud hər gün orta hesabla 371 doğulmuş körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,8 təşkil edib. Doğulan körpələrin 53%-i oğlan, 47%-i isə qız uşaqlarıdır.

Doğulanlardan 1458-i əkiz, 57-si üçəmdir. Hazırda ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 1,9 uşaq düşərək əhalinin təkrar istehsalı təmin olunur.

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 34812 ölüm halı qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 6,1 təşkil edib.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Azərbaycan əhalisinin sayı açıqlandı - 45 min artım - Milliyol.az