Əfqan Sadıqov həbs edildi

Azərbaycan çempionatının püşkü atıldı: İlk turun təqvimi

Bu gün Azərbaycan Premyer Liqasının 2016/17 mövsümünün püşkatması keçiriləcək. MilliYol.Az xəbər verir ki, sayca 25-ci ölkə çempionatının iştirakçıları ilk turdakı rəqiblərinin kimliyini biləcək.

AFFA-nın inzibati binasında baş tutacaq tədbirdə 8 klub iştirak edəcək. Mərasim saat 12.00-da başlayacaq.

Son 3 mövsümdə olduğu kimi bu dəfə də komandalar 4 dövrədə münasibətlərini ayırd edəcəklər. Yeni mövsüm həm də onunla əlamətdar olacaq ki, turnirdə debütant görməyəcəyik. I diviziondan heç bir komanda lisenziya almadığından Premyer Liqa təcrübəli komandalar yenidən öz aralarında qüvvələrini sınayacaqlar.
 
Topaz Premyer Liqası
I tur
6-7 avqust
 
Qarabağ (Ağdam) - İnter (Bakı)
Qəbələ (Qəbələ) -  Kəpəz (Gəncə)
AZAL (Bakı) -  Neftçi (Bakı)
Zirə (Bakı) - Sumqayıt (Sumqayıt)

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Azərbaycan çempionatının püşkü atıldı: İlk turun təqvimi - Milliyol.az