Azərbaycan atıcısı üçüncü qızıl medalını qazandı


Azərbaycan idmançısı Ruslan Lunyov IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışlarında üçüncü qızıl medalını qazanıb

MilliYol.Az Trend-ə istinadən xəbər verir ki, təmsilçimiz kişilər arasında 25 metr məsafədən standart tapança ilə atəş açma yarışında rəqiblərindən daha dəqiq olub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

MilliYol.Az
Azərbaycan atıcısı üçüncü qızıl medalını qazandı - Milliyol.az