Əfqan Sadıqov həbs edildi

AZAL yenə dünyanın 100 ən yaxşı aviaşirkəti siyahısına düşdü


"Azərbaycan Hava Yolları" QSC (AZAL) növbəti dəfə dünyanın 100 ən yaxşı aviaşirkətinin siyahısına düşüb və 58-ci yeri tutub

Xatırladaq ki, ənənəvi reytinq cədvəlini Böyük Britaniyanın "Skytrax" konsaltinq şirkəti tərtib edib. Siyahıda MDB ölkələrindən Azərbaycanla yanaşı, Rusiyanın və Qazaxıstanın milli aviadaşıyıcıları da yer alıb. "Aeroflot" 23-cü yerdə, "Air Astana" isə 48-ci yerdə qərarlaşıb.

Dünyanın ən yaxşı aviaşirkəti isə "Singapore Airlines" olub. Növbəti yerləri "Qatar Airways" və "ANA All Nippon Airlines" (Yaponiya) tutub. "Türk Hava Yolları" şirkəti isə siyahıda 18-ci olub.(“Report”)


MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

AZAL yenə dünyanın 100 ən yaxşı aviaşirkəti siyahısına düşdü - Milliyol.az