Əfqan Sadıqov həbs edildi

Avtovağzal Ticarət Mərkəzində satıcı qız özünü 3-cü mərtəbədən atdı


Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzalında intihara cəhd hadisəsi baş verib

"Report" xəbər verir ki, 2000-ci il təvəllüdlü Astara rayon sakini Ağazadə Şəbnəm Əhməd qızı özünü Avtovağzal Ticarət Mərkəzinin üçüncü mərtəbəsindən yerə atıb.

O, açıq kəllə-beyin travması alıb və ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Ş.Ağazadə Avtovağzal Ticarət Mərkəzində satıcı kimi fəaliyyət göstərir. Hadisə dünən iş vaxtı baş verib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Avtovağzal Ticarət Mərkəzində satıcı qız özünü 3-cü mərtəbədən atdı - Milliyol.az