Əfqan Sadıqov həbs edildi

Avtobus sürücüləri arasında kütləvi dava: 4 yaralı

Tərtər rayonunda şəhərdaxili sərnişindaşıma ilə məşğul olan marşrut avtobusunun sürücüləri arasında kütləvi dava baş verib

Dava zamanı Tərtər rayon sakinləri Səvdimalı Əsədov, Feyruz Əsədov, Azər Nağıyev və Namiq Burcəliyev xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisəyə səbəb sürücülərin bir-birinin marşrut xətlərinə daxil olmasıdır. Belə ki, şəhərdaxili sərnişindaşımada xətt rəhbərləri olan Azər Nağıyev və Səvdimalı Əsədov bir-birinin hərəkət istiqamətinə daxil olduğunu iddia edərək əvvəlcə mübahisə ediblər. Nəticədə dava düşüb.

Hadisəni Tərtər Rayon Polis Şöbəsindən də təsdiq ediblər. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. (report.az)

MilliYol.az

Bu dövrdə xəbər yoxdur.

Avtobus sürücüləri arasında kütləvi dava: 4 yaralı - Milliyol.az