Əfqan Sadıqov həbs edildi

AVRO-2020: Püşkatmanın vaxtı və yeri dəqiqləşdi


AVRO-2020-nin seçmə mərhələsinin püşkatma mərasiminin keçiriləcəyi yer və vaxt açıqlanıb

Apasport.az saytının məlumatına görə, ilk dəfə bütün Avropa yığmalarının qatılacağı mərhələnin püşkü İrlandiyanın paytaxtı Dublində atılacaq.

Final mərhələsi 13 şəhərdə, o cümlədən Bakıda keçiriləcək yarışın bütün iştirakçıları mübarizəyə seçmə oyunlarından qatılacaq. Bu üzdən Azərbaycan da daxil olmaqla, 55 milli komanda İrlandiyada püşkü gözləyəcək.

Tədbir 2018-ci il dekabrın 2-də təşkil olunacaq. Həmin gün 55 komanda 10 qrupa bölünəcək. Beş qrupda 6, beş qrupda isə 5 komanda yer alacaq. Azərbaycan yığması da rəqiblərini dekabrın 2-də tanıyacaq.

Qeyd edək ki, seçmə mərhələnin oyunları 2019-cu il martından noyabrınadək keçiriləcək.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

AVRO-2020: Püşkatmanın vaxtı və yeri dəqiqləşdi - Milliyol.az