Əfqan Sadıqov həbs edildi

AVRO-2020-nin püşkatma mərasiminin proseduru açıqlanıb

AVRO-2020-nin seçmə mərhələsinin püşkatma mərasiminin proseduru açıqlanıb

“Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 2-də İrlandiyanın paytaxtı Dublində keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. UEFA-ya üz olan 55 milli assosiasiyanın təmsilçiləri reytinq xallarına uyğun 7 səbətə bölünəcək.

Seçmə mərhələdə komandalar 10 qrupda mübarizə aparacaq. A, B, C, D, E qruplarında 5, F, G, H, I və J qruplarında isə 6 kollektiv yer alacaq. Matçlar 2019-cu ildə mart – sentyabr aralığında keçiriləcək. Qruplarda ilk 2 yeri tutacaq yığmalar final mərhələsinə vəsiqə qazanacaq. Qalan 4 komanda isə 2020-ci ilin martında Millətlər Liqasında baş tutacaq final görüşlərindən sonra müəyyənləşəcək.

UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan / Ermənistan, Cəbəllütariq / İspaniya, Kosovo / Bosniya və Hersoqovina, Kosovo / Serbiya və Ukrayna / Rusiya eyni qrupda yer ala bilməz. Həmçinin, sərt qış iqliminə görə 10 ölkədən maksimum 2-si eyni qrupa düşə bilər. Bunlar Belarus, Estoniya, Farer adaları, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç, Rusiya və Ukraynadır.

MilliYol.az

Bu dövrdə xəbər yoxdur.

AVRO-2020-nin püşkatma mərasiminin proseduru açıqlanıb - Milliyol.az