ATS-lərdə ixtisarlar başladı – Əməkdaşların yarısı işdən çıxarılır


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında “Bakı Telefon Rabitəsi” MMC-nn tabeliyindəki telefon qovşaqlarının ləğv olunması ilə əlaqədar paytaxtdakı avtomat telefon stansiyalarında (ATS) ixtisarlar həyata keçirilir

“Report”un əldə etdiyi məlumata görə, işçilərin təxminən yarısı aylıq əmək haqqının 2 misli qədər təzminat ödəmək şərti ilə vəzifəsindən kənarlaşdırılır.

Onlara hər telefon qovşağından 100 nəfərin işdə saxlanılacağı bildirilir.

NRYTN hələ ki, fakta münasibət bildirməyib.


MilliYol.Az
ATS-lərdə ixtisarlar başladı – Əməkdaşların yarısı işdən çıxarılır - Milliyol.az