Əfqan Sadıqov həbs edildi

"ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana təzyiqi artırmalıdır"

"Dünya ictimaiyyəti, habelə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Ermənistana təzyiqin artırılması vacibdir"

Bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

O bildirib ki, Ermənistanın yeni rəhbərliyi də, sələfləri kimi, beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinə məhəl qoymayaraq, işğalçılıq siyasətindən çəkinmədiyini, əksinə daha aqressiv ritorika ilə çıxış edir: "Bu da təəssüf doğurur".

Nazir müavini vurğulayıb ki, münaqişə Azərbaycanın suverenliyi, ərazi bütövlüyünün bərpa olunması və sərhədlərinin toxunulmazlığı əsasında nizama salınması zəruridir. (report.az)

MilliYol.az

Bu dövrdə xəbər yoxdur.

"ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana təzyiqi artırmalıdır" - Milliyol.az