Əfqan Sadıqov həbs edildi

“Atam kimsəylə danışmaq istəmir” - Fuad Poladovun oğlu


“Fuad Poladov müalicəsini davam etdirir, vəziyyətində hansısa irəliləyiş yoxdur.”

Bu sözləri Kulis.az-a açıqlamasında Xalq artisti Fuad Poladovun oğlu Ağarəhim Poladov söyləyib. Onun sözlərinə görə, aktyorun vəziyyəti stabildir: 

“Müalicəsini burada alır. Gələn zəngləri açmır, çünki özü kimsəylə danışmaq istəmir. Xahiş edirəm, anlayışla qarşılayasınız”, - o, daha sonra əlavə edib. 

Xatırladaq ki, aktyor Fuad Poladov xeyli müddətdir ki, xəstəliklə mübarizə aparır.

Bu dövrdə xəbər yoxdur.

“Atam kimsəylə danışmaq istəmir” - Fuad Poladovun oğlu - Milliyol.az