Əfqan Sadıqov həbs edildi

Astara sakini qətlə yetirilib



Astara rayon sakini evində ölü tapılıb

APA-nın cənub bürosunun məlumatına görə, rayonun Kolatan kənd sakini Vüsal Qasım oğlu Hüseynov hələlik məlum olmayan şəraitdə baş nahiyəsindən küt alətlə vurularaq öldürülüb.

40-45 yaşlarında olduğu bildirilən V.Hüseynov evdə tək yaşayırmış. O, bir neçə gün əvvəl Rusiya Federasiyasından rayona qayıdıb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şəhər Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Astara sakini qətlə yetirilib - Milliyol.az