Əfqan Sadıqov həbs edildi

Arvadını və 3 qızını öldürərək həyətdə basdırıbmış – 3 il əvvəl


Salyanda itkin düşən ana və 3 qızın öldürüldüyü məlum olub

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 3 il əvvəl itkin düşən Əliyeva Mehparə və qızları – Rəqibə, Sevda, İradənin meyiti tapılıb.

Onları M. Əliyevanın əri, 1954-cü il təvəllüdlü Fərhad Əliyevin öldürdüyü, yaşadıqları evin həyətində basdırdığı müəyyənləşib.

Bu işdə F. Əliyevə onun oğlu, 1989-cu il təvəllüdlü Fəqan Əliyevin kömək etdiyi bildirilir.

Aparılan istintaq tədbirləri nəticəsində cinayətin üstü açılıb. Hazırda meyitlərin basdırıldığı yerdən çıxarılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən tədbirlər həyata keçirilir. Ata və oğlu saxlanılıb.

Faktla bağlı Salyan Prokurorluğunda araşdırma aparılır.


MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Arvadını və 3 qızını öldürərək həyətdə basdırıbmış – 3 il əvvəl - Milliyol.az