Arvadını öldürən kişinin meyiti tapıldı


Bu gün Kür çayının Samux rayonu Qırmızı Samux adlanan ərazisindən keçən hissəsində meyiti tapılan şəxsin kimliyi məlum olub

Onun Kəlbəcər rayonundan olan məcburi köçkün, 1967-ci il təvəllüdlü, Göygöl rayonunda məskunlaşan Ələsgərov Firudin Əlif oğlu olduğu bildirilir.

F.Ələsgərov bu ilin mayın 10-da 1973-cü il təvəllüdlü arvadı Laləzar Abdullayevanı öldürərək qaçıb və o zamandan axtarışda olub.

Faktla bağlı araşdırma aparılır. (apa)
Arvadını öldürən kişinin meyiti tapıldı - Milliyol.az